AZ

Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbirləri keçirilib -Fotolar



Xocalı soyqırımının 34-cü ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının tədbirlər planına uyğun olaraq ərazi partiya təşkilatları tərəfindən Xocalı soyqırımınına həsr olunmuş silsilə anım tədbirləri keçirilmişdir.

aia.az xəbər verir ki tədbirlərdə əvvəlcə Xocalı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər 1992-ci ilin fevralında baş vermiş qanlı hadisələrin Azərbaycan tarixinə ən ağır soyqırımı cinayəti və xalqımızın sarsılmaz iradəsinin simvolu kimi həkk olunduğunu vurğulamışlar. Qeyd edilmişdir ki, Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş, məhz Ulu Öndərin qətiyyəti sayəsində bu misli görünməmiş cinayət dünya ictimaiyyətinə çatdırılmışdır. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərimiz, Xocalı şəhərinin və bütün işğal olunmuş torpaqlarımızın azad edilməsi şəhidlərimizin ruhuna ən böyük ehtiramdır. Tədbir iştirakçıları Xocalı faciəsinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynadığını bildirərək, bu qanlı tarixin heç vaxt unudulmayacağını ifadə etmişlər.



Seçilən
18
aia.az

1Mənbələr