AZ

Duma ordudakı əcnəbilərlə bağlı bu qanunu qəbul etdi

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Dövlət Duması ölkənin Silahlı Qüvvələrində xidmət edən və ya Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən əcnəbilərin digər dövlətlərə ekstradisiyasını qadağan edən qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.

“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, Rusiya Cinayət Məcəlləsinin 464-cü maddəsinə edilən düzəlişlərə əsasən, Rusiya ordusunda xidmət keçmiş xarici vətəndaşlar öz ölkələrində cinayət məsuliyyətinə cəlb edilmək təhlükəsi ilə üzləşərlərsə, onların ekstradisiyasından imtina ediləcək.

Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev bildirib ki, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan əcnəbilər sonradan Rusiya vətəndaşlığı alaraq ölkədə qalırlar:

“Bu şəxslər “muzdlu əsgər” hesab olunmur, çünki onlar gələcək taleyini Rusiya ilə bağlayan şəxslərdir”.

Qeyd edək ki, bir sıra xarici ölkələr öz vətəndaşlarının başqa dövlətin tərəfində hərbi əməliyyatlarda iştirakını qanunsuz hesab edir və buna görə ağır cinayət məsuliyyəti müəyyən ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
4
qafqazinfo.az

5Mənbələr