“Real”ın futbolçusu Arda Güler klubun heyətində 100-cü oyununu keçirib.
Msport.az xəbər verir ki, bu, Çempionlar Liqasının pley-off mərhələsinin “Benfika” ilə cavab görüşünə (2:1) təsadüf edib.
Ardanın Madrid klubunda 100-cü oyuna çıxması, onun keçmiş komandası “Fənərbağça”ya 2 milyon avro qazandırıb. Yarımmüdafiəçinin müqaviləsində göstərilib ki, o, 100 oyun keçirsə, keçmiş klubuna 2 milyon ödəniləcək. Əgər Arda daha 25 matçda forma geyinsə, İstanbul təmsilçisi əlavə olaraq 2 milyon avro da qazanacaq.
Arda Güler 2023-cü ilin yayında “Fənər”sən “Real”a keçib.