“Benfika”nın vingeri Andreas Şelderup karyerasını İspaniyada davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 21 yaşlı futbolçu üçün hərəkətə keçib. Klub rəhbərliyi oyunçunun transferində israrlıdır.
Şelderup komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsində “Real”a 4:2 hesabı ilə qalib gəldikləri oyunda 2 qolla yadda qalmışdı.