AZ

Kaliforniyada DƏHŞƏTLİ ANLAR: Qar uçqunu altında qalan şəxs son anda XİLAS EDİLDİ – VİDEO

Kaliforniyada qar uçqunu altında qalan şəxs son anda xilas edilib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Kaliforniyanın dağ-xizək kurortlarından birində inanılmaz xilas hadisəsi baş verib. Qar uçqunu nəticəsində bir nəfər xizəkçi tamamilə qar kütləsinin altında qalıb.

Nəfəs almaqda çətinlik çəkən və boğulmaq təhlükəsi ilə üzləşən şəxsin köməyinə ərazidə olan digər iki xizəkçi çatıb.

Onlar dərhal qarı qazmağa başlayaraq bədbəxt hadisə ilə üzləşən adamı ölümün pəncəsindən qurtarıblar.

Xilas edilən şəxsin ilk sözləri “Çox dərindir, dostum. Mən batmışdım” olub.

Hazırda xilas edilən şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr