AZ

Məhkəmə Qufla bağlı qərar verdi

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskvanın Naro-Fominsk Şəhər Məhkəməsi reper Qufu (əsl adı Aleksey Dolmatov) hamamda baş vermiş dava ilə bağlı 1 il şərti azadlıqdan məhrum edib.

Axşam.az xəbər verir ki, məhkəmə onu özbaşınalıqda təqsirli bilib və 1 il sınaq müddəti təyin edib. Barışıq əsasında işin bağlanması ilə bağlı vəsatət təmin olunmayıb.

Hadisə 23 oktyabr 2024-cü ildə Aprelevkada baş verib. İlkin ittihama görə, dava zamanı zərərçəkmişə zor tətbiq olunub və onun telefonu götürülüb. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, Qufu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
2
axsam.az

3Mənbələr