Bakı. Trend:
Almaniyada ictimai nəqliyyat sektorunun işçiləri 48 saatlıqtətil elan ediblər. Etiraz aksiyası 27-28 fevral tarixlərindəkeçiriləcək.
Trend xarici KİV-əistinadən xəbər verir ki, dövlət sektoru işçilərinin həmkarlarittifaqı olan “Verdi” tərəfindən elan edilən ümummilli tətilin100-dən çox şirkət tərəfindən idarə olunan avtobus, tramvay vəşəhərətrafı qatarların fəaliyyətinə təsir göstərəcəyigözlənilir.
Berlin və Hamburq kimi böyük şəhərlərdə çalışanlar da daxilolmaqla təxminən 100 min əməkdaşın aksiyada iştirak etməsiplanlaşdırılır.
Bu tətillə həmkarlar ittifaqı nəqliyyat sektorunda daha yaxşıəmək şəraiti və daha yüksək əmək haqqı tələb edir. Tələblərəhəftəlik iş saatlarının azaldılması, istirahət müddətlərininuzadılması, həmçinin gecə və həftəsonu işlərinə görə daha yüksəkbonusların verilməsi daxildir.