AZ

Əli Əsədov nazirləri topladı

Ajans.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.  Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, İşçi Qrupun rəhbəri Natiq Əmirovun və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədovun məruzələri dinlənilib. İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar Ali Məhkəmənin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış ediblər.

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib. 

Seçilən
22
31
Ajans.az

10Mənbələr