ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Samux, 26 fevral, Vüsalə Cənnətova, AZƏRTAC
Samuxda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlikləri, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər. Samux şəhərində yerləşən Şəhidlər Kompleksi ziyarət edilib, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdəki çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımının insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixə düşdüyü, Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığı qeyd edilib. Bildirilib ki, Xocalı soyqırımının qurbanları daim qəlblərdə yaşayacaq.
Saat 17:00-da Samux rayonu ərazisində nəqliyyatın hərəkəti dayandırılıb, Xocalı soyqırımı zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.