AZ

Bratislavada Xocalıya ədalət çağırışı edildi

Vyana, 26 fevral, AZƏRTAC

Azərbaycanın Slovakiyadakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq anım guşəsinin önünə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Vüsal Abdullayev və Türkiyənin Slovakiyadakı səfiri Erkan Özoral çıxış edib, beynəlxalq ictimaiyyəti daha ədalətli olmağa, Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıblar.

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı oxunub.

Mərasimin sonunda “Khojaly Genocide” adlı sənədli film nümayiş olunub.

Seçilən
13
1
azertag.az

2Mənbələr