“300 nəfərə yaxın insandan cəmi 26-27 nəfər xilas ola bildi. 13 yaşlı qızın ayaqları dizdən kəsildi”.
NOCOMMENT.az xəbər verir ki, bunu Xocalı faciəsinin şahidi Səadət Zeynalova müsahibəsində deyib.
O, həmin qanlı gecədə yaşadıqları dəhşəti belə xatırlayıb:
“Tüstüsünü görərlər deyə ocaq yandıra bilmirdik. Oturanda donurduq. Yerimək lazım idi. Onda da atəş açırdılar. Bir neçə nəfər əsir düşməmək üçün özünü öldürdü. Xalamın oğlu – Milli Qəhrəman Araz Səlimov pulemyotçu idi. Özünü vurmaq üçün bir güllə saxlamışdı. Girov düşəndə xalama demişdi ki, ana, məni döysələr də, tikələsələr də, sənin oğlun olduğumu bildirmə”. /Baku TV/