AZ

Paşinyan yeni qucaq axtarışında: Ermənistan bu ölkə ilə hərbi saziş imzaladı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlığa dair saziş imzalanıb.

Globalinfo.az xəbər verir ki, sənədi Ararat Mirzoyan və Vladislav Kosinyak-Kamış imzalayıblar.

Sazişin imzalanma mərasimi Ermənistan nümayəndə heyətinin Polşaya rəsmi səfəri çərçivəsində baş tutub. Nümayəndə heyətinə ölkənin baş naziri Nikol Paşinyan rəhbərlik edib.

Məlumata əsasən, sənəd iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsini, müdafiə sənayesi üzrə təcrübə mübadiləsini və təhlükəsizlik istiqamətində qarşılıqlı əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Polşa 1999-cu ildən NATO üzvüdür və alyansın kollektiv müdafiə və hərbi əməkdaşlıq təşəbbüslərində fəal iştirak edir. Ermənistan isə rəsmi olaraq KTMT üzvü olsa da, ölkə rəhbərliyi 2024-cü ildən təşkilatın fəaliyyətində iştirakını dondurduğunu açıqlayıb.

Ekspertlər hesab edirlər ki, bu saziş Ermənistanın təhlükəsizlik siyasətində yeni tərəfdaşlıqlar axtardığını göstərən növbəti addım kimi qiymətləndirilə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
globalinfo.az

1Mənbələr