AZ

“Red Bull”un baş mühəndisi getdi...

“Formula-1” komandalarından “Red Bull”un baş meneceri Kreyq Skinner 2026 mövsümünün startı ərəfəsində komandanı tərk edib.

"Football-plus.az" xəbər verir ki, Skinner öz arzusu ilə istefaya göndərilib. “Öküzlər”in istefa ilə bağlı açıqlaması: “Kreyq komandamızın ayrılmaz hissəsi, uğurlarının təminatçısı olub. Yorulmadan çalışdığına və işə sadiqliyinə görə ona təşəkkür etmək istəyirik. Bütün “Red Bull” komandası gələcəkdə ona hər şeyin ən yaxşısını arzulayır”.

2006-cı ildə “Red Bull”a qoşulan Kreyq baş mühəndi postunu 2022-ci ildə tutub. Əvvəllər “Cordan” və “Uilyams” komandalarında da çalışıb.

Xatırladaq ki, “Red Bull” 2025 mövsümünün yekunuda Mühəndislər kubokunda 3-cü yeri tutub.

Seçilən
14
1
football-plus.az

2Mənbələr