“Ola bilər ki, insan bir ay ərzində ümumiyyətlə sağlamlıq baxımından oruc tuta bilməsin. Hər bir insan çalışmalıdır ki, Ramazan ayında oruc tuta bilmirsə belə, imkan daxilində savab qazanmağa səy göstərsin. Məsələn, bir orucluya yardım etmək, ehtiyacı olan bir şəxsə dəstək olmaq böyük savabdır. Bu kimi əməllər insanın günahlarının azalmasına və mənəvi qazanc əldə etməsinə vəsilə olur”. Hacı Surxay Məmmədlinin sözlərinə görə, savab qazanmaq üçün ən gözəl fürsətlərdən biri də oruclulara iftar süfrəsi verməkdir: “Hər kəs maddi imkanına uyğun şəkildə dəstək göstərməyə çalışmalıdır. Kim nə bacarırsa, o qədər yardım etməli, iftar süfrəsi təşkil etməklə orucluların duasını almağa çalışmalıdır”.Sevinc İbrahimzadə / Metbuat.az