AZ

Oruc tutmayanlar bunu etməlidir

Bəzi insanlar səhhətində yaranan problemlər və digər üzrlü səbəblərə görə Ramazan ayında oruc tuta bilmirlər. Belə olan halda, onların bu ayın savab və fəzilətindən bəhrələnməsi üçün hansı əməlləri yerinə yetirmələri tövsiyə olunur?Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, əgər insan öz bədənində ciddi narahatlıq və zəiflik hiss edirsə, immun sistemi oruc tutmağa imkan vermirsə, orucunu aça bilər. Belə təqdirdə həmin şəxs Ramazandan sonra tutmadığı günlərin qəzasını yerinə yetirməlidir, eyni zamanda, hər gün üçün fidyə verməsi də məqsədəuyğun hesab olunur: “Ola bilər ki, insan bir ay ərzində ümumiyyətlə sağlamlıq baxımından oruc tuta bilməsin. Hər bir insan çalışmalıdır ki, Ramazan ayında oruc tuta bilmirsə belə, imkan daxilində savab qazanmağa səy göstərsin. Məsələn, bir orucluya yardım etmək, ehtiyacı olan bir şəxsə dəstək olmaq böyük savabdır. Bu kimi əməllər insanın günahlarının azalmasına və mənəvi qazanc əldə etməsinə vəsilə olur”. Hacı Surxay Məmmədlinin sözlərinə görə, savab qazanmaq üçün ən gözəl fürsətlərdən biri də oruclulara iftar süfrəsi verməkdir: “Hər kəs maddi imkanına uyğun şəkildə dəstək göstərməyə çalışmalıdır. Kim nə bacarırsa, o qədər yardım etməli, iftar süfrəsi təşkil etməklə orucluların duasını almağa çalışmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
16
metbuat.az

1Mənbələr