34 il əvvəl Xocalıda baş verən dəhşətləri əks etdirən "Ana harayı" abidəsinin müəllifləri Aslan Rüstəmov və övladları Teymur və Mahmud Rüstəmovdur.
Onların Baku TV-yə dediklərinə görə, abidənin hazırlanma prosesi çox çətin olub.
"Elə fotolar gətirmişdilər ki, baxmaq mümkün deyildi. Ermənilərin o vəhşilikləri heç mediada da verilməyib", - deyə Mahmud Rüstəmov bildirib.
Heykəli hazırlayarkən uşaq modelinə ehtiyac olduğunu söyləyən Mahmud Rüstəmov deyib:
"Qızım o vaxt iki yaşında idi. Onu ölü formasında qucağımda saxlamışdım, fotosunu çəkdik və abidəni hazırlayanda istifadə etdik".