AZ

Həbib bəy Səlimov- Əsgəranda daşnakları darmadağın edən Azərbaycan generalı

26 fevral 1919-cu il.

107 il öncə təqvimin bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov 30 saylı əmr imzalayır. Həmin əmrlə Həbib bəy Səlimova general- mayor rütbəsi verilir.

Azərbaycan cumhuriyyətinin 38 yaşlı yeni generalı İrəvanda anadan olmuşdu. Məhkəmə iclasçısı vəzifəsində çalışan atası Yusif bəy onu həmin qədim Azərbaycan şəhərindəki gimnaziya və seminariyada oxutmuşdu.
Lakin həvəsi 19 yaşında hərbiyə yönəltmişdi.

1900-cü il avqustun 12-də hərbi xidmətə könüllü qoşulan Həbib bəy ilk olaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında xidmətə başlayır. Bir ildən bir qədər artıq çəkən xidmətdən sonra unter-zabit rütbəsi alır. O, 1902-ci ildə Tiflisdə fəaliyyət göstərən süvari məktəbini də uğurla başa vurduqdan sonra Üçüncü Qafqaz Atıcı Batalyonuna təyinat alır və “podporuçik” rütbəsi ilə zabit kimi xidmətini davam etdirir.

1908–1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa istiqamətində sərhəd xidməti keçir və hətta məxfi tapşırıqla Tehrana ezam edilir.

1912-ci ildə kapitan rütbəsinə layiq görülən Həbib bəy daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasında təhsil alaraq ali hərbi hazırlığını tamamlayır.

Peterburqda Baş Qərargahın Nikolay Hərbi Akademiyasını bitirib.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunandao, polkovnik-leytenant idi. Vətənə dönərək milli istiqlal mübarizəsinin öncüllərindən oldu. Qafqaz İslam Ordusunun Komandanı Nuru paşa tərəfindən Əlahiddə Azərbaycan Korpusunun Qərargah Rəisi təyin edildi.

1918-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş Qafqaz İslam Ordusunun zabitlərindən olan türk podpolkovniki Rüştü bəy 1934-cü ildə “Hərbi məcmuə”nin 93-cü nömrəsində dərc olunan “Bakının böyük hərb yollarında” əsərində Həbib bəy haqqında yüksək fikirlər səsləndirib. Səlimovu peşəkar hərbçi və bacarıqlı sərkərdə kimi təqdim edən Rüştü bəy yazır:

"Cəsur və döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir. Döyüşlərdə cəbhə iki yerə ayrılırdı: şimal və cənub qruplarına. Cənub qrupunun komandiri polkovnik Həbib bəy Səlimov idi."

Bu qiymətləndirmə Həbib bəyin yalnız yerli hərbi mühitdə deyil, eyni zamanda Osmanlı zabitləri arasında da nüfuz qazandığını göstərir.

“Gəncə-Bakı dəmiryolu xətti ilə irəliləyən cənub qrupunun komandanı kimi H. Səlimovun göstərdiyi təşkilatçılıq qabiliyyəti və igidliyi Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirildi və elə bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərin gedişində ona polkovnik rütbəsi verildi.

1918-ci il avqustun 1-də təxribatçı polkovnik P.İlyuşenko Lənkəranda qondarma “Muğan Respublikası”nı elan etmişdi. 1919-cu il iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən molokan və rus-erməni silahlı qüvvələri onun gücü ilə darmadağın edildi. Düşməndən qənimət götürdüyü bir təyyarəni, 24 topu və 60 pulemyotu general Azərbaycan ordusunun istifadəsinə verdi. Muğan və Lənkəranı yenidən Azərbaycana birləşdirən Həbib bəy qısa müddətə bu bölgəyə vali təyin edildi”.

1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz tərkibində Hərbi Nazirliyin formalaşdırılması barədə qərar qəbul etdi. Qərara əsasən, hərbi nazir vəzifəsi müvəqqəti olaraq Nazirlər Şurasının sədrinə tapşırıldı, nazir müavini postuna isə artilleriya generalı S.S. Mehmandarov təyin olundu. Qərardan dərhal sonra nazirliyin strukturunun qurulmasına başlanıldı və qısa müddət ərzində idarəetmə aparatı formalaşdırıldı. Noyabrın 15-də S. Mehmandarovun imzaladığı əmrə uyğun olaraq Ordunun Baş Qərargahı və Hərbi Nazirliyin Dəftərxanası təsis edildi.

Həmin əmrlə polkovnik Həbib bəy Səlimov Baş Qərargahın və eyni zamanda hərbi nazirin dəftərxanasının rəisi vəzifəsinə təyin edildi. Ona əlavə olaraq Nazirlər Şurasının təsdiqlədiyi ştata uyğun şəkildə Baş Qərargahın və Dəftərxananın təşkilini həyata keçirmək tapşırıldı.

Bu barədə arxiv sənədlərini araşdırmış Milli Arxiv İdarəsinin əməkdaşı Rafiq Səfərov vurğulayır ki,Hərbi nazir S.b. Mehmandarovun bu tapşırığı H.b. Səlimov tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib:

“Mövcud materiallara əsaslanaraq qeyd edirəm ki,Azərbaycan Respublikası Hərbi Nazirliyinin BaşQərargahı H.b.Səlimovun iştirakı ilə yaradılmışbir neçə şöbələrdən, o cümlədən general-kvartirmeyster, növbətçi general, artileriya, intendant, mühəndislik, hərbi məhkəmə, hərbi təlim, topoqrafik və nəzarət şöbələrindən ibarət olmuşdur”.

Seçilən
14
2
aznews.az

3Mənbələr