AZ

Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının “Zabrat qəsəbəsi, R.Axundov küçəsi 27” ünvanı üzrə ərazi partiya təşkilatında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, ərazi partiya təşkilatının sədri, 192 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev bildiriblər ki, Xocalı faciəsi ermənilər tərəfindən əvvəlcədən planlaşdırılaraq silahsız, mülki azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktıdır.

Soyqırımı aktına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi qeyd olunub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində misilsiz igidlik, şücaət və rəşadət göstərən qəhrəman Ordumuzun Xocalı soyqırımı qurbanlarının da qisasını döyüş meydanında aldığı xüsusi diqqətə çatdırılıb.

Tədbirin sonunda məktəblilərin təqdimatında Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Seçilən
18
50
unikal.az

10Mənbələr