AZ

Epşteyn işində şok: Donald Trampla bağlı sənədlər arxivdən yoxa çıxıb

Epşteyn işində Donald Trampla bağlı sənədlər arxivdən yoxa çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə “NPR” məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyi bu yaxınlarda ictimaiyyətə açıqlanan Ceffri Epşteynin qalmaqallı işinə dair arxiv sənədlərində ciddi boşluqlar aşkar edildikdən sonra daxili təhqiqata başlayıb.

Məlumata görə, Federal Təhqiqat Bürosunun (FTB) məlumat bazasından bir qadının dindirilmə protokolları silinib. Həmin qadın daha əvvəl Donald Trampa qarşı zorakılıq ittihamı irəli sürmüşdü. Bu sənədlərin dərc olunmuş arxivdə yer almaması və bazadan yoxa çıxması böyük sual doğurub.

Mütəxəssislər qeyd edirlər ki, itmiş qeydlər işin gedişatı üçün mühüm əhəmiyyət kəsb edirdi. Hazırda rəsmi qurumlar bu protokolların texniki səhv, yoxsa qəsdən edilmiş müdaxilə nəticəsində yoxa çıxdığını araşdırırlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
42
interpress.az

1Mənbələr