BAKI, 26 fevral. TELEQRAF
ABŞ Federal Təhqiqat Bürosu direktor Keş Patelin əmri ilə 2022-ci ildə Prezident Donald Trampın Floridadakı evində aparılan axtarışla əlaqəli ən azı altı agenti işdən çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" mənbəyə istinadən məlumat yayıb.
FTB Agentlər Assosiasiyası işdən çıxarılma zamanı qanuni prosedurun pozulduğunu iddia edib.
“FTB Agentləri Assosiasiyası xüsusi agentlərin qanunsuz olaraq işdən çıxarılmasını pisləyir. Direktor Patelin digər addımları kimi, bu qərarı da ölkəmizi qorumaq üçün həyatlarını təhlükəyə atanların hüquqlarını pozur. Bu, Büronu zəiflədir, rəhbərliyə inamı azaldır və nəticədə ölkəni daha böyük risk altına qoyur” - məlumatda qeyd olunur.
Qeyd edək ki, Tramp iki federal cinayət işində ittiham olunub. Onlardan biri Mar-a-Laqodakı malikanəsində tapılan məxfi sənədlərlə işləməsi, digəri isə 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ilə bağlıdır .
Məhkəmə hər iki iş üzrə Trampa bəraət verib.