AZ

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Xocalı soyqırımını pisləyib

Bakı. Trend:

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Xocalı soyqırımının34-cü ildönümü ilə bağlı "X" hesabında paylaşım edib.

Trend xəbərverir ki, paylaşımda 1992-ci il fevralın 25-dən 26-na keçən gecətörədilən vəhşilik beynəlxalq səviyyədə insanlığa qarşı cinayət vəya soyqırımı aktı kimi beynəlxalq hüququn kobud şəkildə pozulmasıkimi pislənib.

Qeyd olunur ki, Azərbaycan münaqişə zamanı mülki şəxslərə vədigər qorunan şəxslərə qarşı törədilmiş ağır cinayətləri araşdırmaqvə məhkəməyə vermək üçün milli qanunvericiliyinə və beynəlxalqöhdəliklərinə tam uyğun olaraq qətiyyətli addımlar atıb. Bu ayınəvvəlində Azərbaycandakı məhkəmələr əvvəlki münaqişədən qaynaqlananbir sıra cinayət işləri üzrə qərarlar çıxararaq dəhşətlicinayətlərdə məsul şəxsləri ədalət mühakiməsinə cəlb edib.

“Lakin cinayətkarların əksəriyyəti digər ölkələrdə təhlükəsizsığınacaq taparaq cəzasız qalıblar. Məsuliyyət danılmazdır vətörədilmiş cinayətlərin qaçılmaz nəticəsi olmalıdır. Eyni zamanda,cəzasızlıqla mübarizə əsl barışıq yolunun vacib bir tərkibhissəsidir və bu, dəhşətli əməllərin təkrarlanmasının qarşısınıalmağa kömək edir. Azərbaycan ədalətin təmin edilməsi, regiondasülh və sabitliyin qurulması, möhkəmləndirilməsi və davametdirilməsi üçün səylərini davam etdirəcək”,- deyə bəyanatdavurğulanır.

Məqalədə:
Seçilən
35
7
az.trend.az

9Mənbələr