Çində kran istehsalı və nəqliyyat daşımaları sektorunda fəaliyyət göstərən "Henan Kuangshan Crane" şirkətinin rəhbəri Cui Peyjun işçiləri üçün dünya mətbuatının diqqətini çəkən qeyri-adi bir mükafatlandırma mərasimi keçirib.
Milli.Az xəbər verir ki, şirkətin il sonu tədbirində zalın ortasına düz 26 milyon dollar nağd pul yığılıb. Tədbirdə iştirak edən 7 min işçiyə müraciət edən rəhbər: "Daşıya bildiyiniz qədərini götürün" deyib.
Məlumata görə, bəzi işçilər evlərinə minlərlə dollarla qayıdıblar. Hətta bir işçinin təkbaşına 13 min dollar nağd pul daşıdığı bildirilir.
Mükafatın niyə bank hesablarına köçürülməməsi ilə bağlı suallara cavab verən Peyjun bildirib ki: "Bank hesabına köçürüləndə bu, sadəcə rəqəmlərdən ibarət qalır. Nağd pul isə zəhmətin qarşılığını daha real hiss etdirir."
Bu iş adamı xeyriyyəçiliyi ilə tanınır. O, gənclərin ev və maşın kreditləri ilə mübarizə apardıqlarını bildiyi üçün onlara dəstək olmağı özünə borc bildiyini deyir. Ötən mart ayında da 2 min qadın işçisinə ümumilikdə 230 min dollar mükafat paylamışdı.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.png)