AZ

Marketlərə müştəri kimi daxil olub oğurluq edən şəxslər saxlanıldılar

Bakı. Trend:

Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdənoğurluq edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləritədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E.Qədirovvə 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıblar.

Onların müştəri qismində daxil olduqları marketlərdən spirtliiçki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub.

Saxlanılanlardan E.Qədirovun ictimai nəqliyyatda olan zaman birqadına məxsus pul kisəsini taladığı da məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
9
21
az.trend.az

10Mənbələr