AZ

Koxalski özünü İngiltərə klublarına təklif etdi

"Qarabağ" klubunun qapıçısı Mateus Koxalski Britaniya mətbuatına diqqətçəkən müsahibə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu xəbəri İngiltərənin nüfuzlu "The Sun" nəşri yayımlayıb.

Qolkiper "Sun Sport"a açıqlamasında karyerasını İngiltərə klublarından birində davam etdirmək istəyini ifadə edib:

"Bu mənim ən ali məqsədimdir. Ümid edirəm ki, Premyer Liqa və ya Çempionşipdə çıxış edən güclü klubların skautları məni müşahidə ediblər və bəlkə də gələcəkdə transferim üçün təşəbbüs göstərəcəklər".

"Hər zaman maksimum gücümü ortaya qoymağa, özümü göstərməyə və komandama faydalı olmağa çalışıram. Bu iki qarşılaşmada qapımda doqquz qol gördüm, buna görə də təbii ki, məmnun deyiləm. Məğlub olub altı qol buraxmaq heç vaxt yaxşı nəticə sayılmır. Topu küncdən oyuna daxil edərkən buraxdığım səhvdən sonra Entoni Qordon mənə yaxınlaşdı və dedi: "Məyus olma, sən çox güclü qapıçısan, sadəcə irəliyə baxmaq lazımdır". Çox şadam, belə səviyyəli oyunçudan bu sözləri eşitmək ciddi motivasiya mənbəyidir.

Eyni zamanda, milli yığmada forma geyinmək ən böyük arzularımdan biridir. Böyük liqalarda zəngin təcrübəsi olan bir çox səviyyəli qapıçımız mövcuddur. Ümid edirəm ki, pley-off mərhələlərinə və dünya çempionatına yollanacağam, lakin son qərar baş məşqçinindir", - deyə futbolçu vurğulayıb.

Xatırladaq ki, 2024-cü ildən "Qarabağ"da çıxış edən polşalı qolkiperin müqaviləsi gələn il başa çatır.

Milli.Az 

Seçilən
11
milli.az

1Mənbələr