AZ

Riad Cəbrayılov: Maarifləndirmə tədbirləri milli yaddaşı yaşadır

Bakı, 26 fevral, Günel Alıyeva, foto Orxan Kərimov, AZƏRTAC

Bu gün xalqımızın həyatında yaşadığı qanlı və faciəli günlərdən biridir. Xocalı faciəsindən artıq 34 il keçir. Bu soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uzun illərdir həm ölkəmizdə, həm də ölkəmizdən kənarda nüfuzlu beynəlxalq təşkilatlarla birgə “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir.

Bunu AZƏRTAC-a açıqlamasında “İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılov bildirib. Qeyd edib ki, “İRƏLİ” İctimai Birliyi gənclərin iştirakı ilə mütəmadi şəkildə təkcə Xocalı faciəsi ilə bağlı deyil, ümumilikdə xalqımızın tarixi yaddaşının qorunması və əlamətdar günlərin anılması məqsədilə müxtəlif tədbirlər təşkil edir.

Baş katibin sözlərinə görə, bu tədbirlərdə yaradıcı gənclər də fəal iştirak edir; musiqiçilər, qiraətçilər, rəssamlar və digər sahələr üzrə gənclər öz çıxışları ilə proqramı zənginləşdirirlər.

R.Cəbrayılov vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsi gəncliyin gələcəyə baxışının formalaşmasına, milli yaddaşın möhkəmlənməsinə mühüm töhfə verir: “Biz keçmişimizi unutmadan gələcəyimizi inşa edə bilirik — məhz bu cür maarifləndirmə və yaddaşın qorunması sayəsində”.

 

Seçilən
12
1
azertag.az

2Mənbələr