AZ

Əbədi düşmənçilik Kreml üçün əbədi nəzarət deməkdir - Natiq Cəfərli

"Xocalı faciəsinin növbəti il dönümünü yaşadıq, əminəm ki, Şəhidlərimizin ruhu artıq dinclik tapıb – separatçılar öz layiqli cəzalarını aldılar, həm də Xocalı şəhərində bu gün vətəndaşlarımız yaşayır, şəhərdə uşaqlar futbol oynayır, həyat qaynayır. Bu qələbəni, bu günləri bizə yaşadan Ordumuza Eşq Olsun!"

Bu barədə Real Partiyasının sədri Natiq Cəfərli açıqlama verib. O, deyib:

"Bu facidə Rusiyanın 366-cı alayının iştirakı, məncə, yetərincə araşdırılmayıb – niyə, nə səbəbə Rusiya ordusu bu vəhşiliyin, soyqırımın işritakçısı oldu?! Axı, məqsəd Xocalıni işğal etməkdə ermənilərə yardım etmək idisə, sadəcə hərbi yardım edə bilərdilər, nə səbəbə soyqırımın iştirakçısı oldular?!
Məncə, Kreml tərəfindən idarə olunan separatçılar və 366-cı ordu elə bir vəhşilik törətmək istəyirdilər ki, bu faciə azərbaycalılarla erməniləri, məhz xalqları əbədi düşmənə çevirsin – çünki, əbədi düşmənçilik Kreml üçün əbədi nəzarət, bölgənin iplərini daim əlində saxlamaq demək idi.
Azərbaycan Ordusu tək ölkəmizin deyil də, Ermənistanın da suverenliyini bərpa etdi, indi Ermənistan 2020-ci ilin əvvəlinə nisbətən daha suveren dövlətdir. Hər iki dövlət sülhə doğru əmin addımlarla irəlilədikcə, xalqlar arasında da buzlar əriyir.
Tariximizin hər bir anını unutmamaq, dərs çıxartmaq şərti ilə sülhə doğru irəliləmək ən doğru yoldur və bu yolda atılan hər addım, Moskvanın bölgəmizə təsirlərini bir az da azaldır.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!"

Seçilən
6
aznews.az

1Mənbələr