AZ

Tələbə qızın faciəvi SONU: Sevgilisinin evli olduğunu öyrəndiyi üçün ÖLDÜRÜLDÜ – FOTO/VİDEO

Moskvada moldovalı kişi keçmiş sevgilisini bıçaqlayaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın paytaxtı Moskvada sarsıdıcı cinayət hadisəsi baş verib. Məlumata görə, 30 yaşlı Moldova əsilli Kristian 21 yaşlı keçmiş sevgilisini xüsusi amansızlıqla qətlə yetirib.

Hadisənin təfərrüatlarına görə, Dnestryanı bölgədən olan 21 yaşlı tələbə qız sevgilisinin İrlandiyada evli olduğunu və 7 yaşlı qız böyütdüyünü öyrəndikdən sonra münasibətləri kəsib.

Kişi Moskvaya gələrək münasibətləri bərpa etməyə, qızı yenidən özünə qaytarmağa çalışıb. Lakin tələbə qızın “məşuqə” statusu ilə razılaşmayaraq ondan qəti şəkildə imtina etməsi qanlı sonluğa səbəb olub.

Cinayətkar Moskvadakı Orexovı bulvar küçəsində yerləşən binalardan birinin girişində gənc qıza bıçaqla hücum edərək onu qətlə yetirib.

Hadisəni törətdikdən dərhal sonra, elə həmin gecə o, təyyarə ilə Türkiyəyə qaçıb.

Hazırda məhkəmə cinayətkar barəsində qiyabi həbs qərarı çıxarıb, faktla bağlı beynəlxalq axtarış və istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr