"Yuventus" qapıçısı Karlo Pinsolyo ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı Turin təmsilçisinin rəsmi saytı yayıb.
35 yaşlı qolkiper müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulan anlaşmaya imza atıb.
"Yuventus"un yetirməsi olan Pinsolyo 2010-cu ildə əsas komandada debüt edib. Əsasən müxtəlif klublarda icarədə olan "çərçivə" qoruyucusu "ağ-qaralar"ın formasını cəmi 6 dəfə geyinib.
Toğrul