AZ

Türkiyədə təcili əməliyyat: Terrorun qarşısı belə alındı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Türkiyə hüquq-mühafizə orqanları İstanbul şəhərində partlayıcı maddələrdən istifadə etməklə terror aktları hazırlamaqda şübhəli bilinən dörd nəfəri saxlayıb.

Globalinfo.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslərin Türkiyədə fəaliyyət göstərən radikal sol yönümlü təşkilat DHKP-C (İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi) ilə əlaqəli olduqları ehtimal edilir. Sözügedən təşkilat 1990-cı illərdə yaradılıb və ölkədə terror fəaliyyəti ilə tanınır.

Məlumata görə, təhlükəsizlik qüvvələri əvvəlcədən əldə edilən kəşfiyyat məlumatları əsasında İstanbul şəhərində bir neçə ünvanda xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı partlayıcı maddələrin hazırlanmasında istifadə oluna biləcək materiallar da aşkarlanaraq götürülüb.

Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir, onların mümkün əlaqələri və planlaşdırılan hücumların detalları araşdırılır. Türkiyə rəsmiləri ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
globalinfo.az

1Mənbələr