Moskvada Dağıstan sakini məhkəmədən qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyanın paytaxtı Moskvada Taganka rayon məhkəməsinin binasından Dağıstan sakini qaçıb. Hadisə ilə əlaqədar şəhər polisləri dərhal hərəkətə keçib və paytaxtda “Tut” (Perexvat) planı elan edilib.
Məlumata görə, Şamil A. adlı şübhəli şəxs artıq federal axtarışa verilib. Bildirilir ki, həmin şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.
O, mobil telefonun soyğunçuluq yolu ilə ələ keçirilməsi faktı üzrə ittiham olunurdu.
İstintaqın məlumatına görə, 2022-ci ildə Şamil iki ortağı ilə birlikdə yoldan keçən bir şəxsi qarət edib. Həmin vaxt zərərçəkmişə 32 000 rubl (təxminən 707 manat) məbləğində maddi ziyan dəyib.
Hazırda hüquq-mühafizə orqanları qaçan şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Xuraman Etibarlı
İnterpress.az