
İsrail yenidən Livan ərazisinə hava zərbələri endirib. Bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Livan mediasının bildirdiyinə görə, zərbələr ölkənin şərqində yerləşən Beka vadisinə endirilib. Məlumata əsasən, İsrailə məxsus hərbi təyyarələr region boyunca yeni hava hücumları həyata keçirib.
Xatırladaq ki, fevralın 21-də İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində şiə qruplaşması olan Hizbullah mövqelərinə zərbələr endirmişdi. Həmin hücum nəticəsində altı döyüşçü həlak olmuş, daha 23 nəfər yaralanmışdı.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib. Regionda gərginliyin artdığı bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta