
Əfqanıstan silahlı qüvvələri Pakistan tərəfindən həyata keçirilən son hava zərbələrinə cavab olaraq başlatdığı hərbi əməliyyat nəticəsində qonşu ölkənin 8 sərhəd postunu nəzarətə götürüb.
AFN.az xəbər verir ki, bu barədə məlumatı Əfqanıstanın güc strukturlarına istinadən "TOLO News" telekanalı yayıb.
Mənbələrin verdiyi məlumata görə, Pakistan ordusunun mövqeləri Nəngərhar əyalətinin Qoşta rayonunda, həmçinin Kunar əyalətinin Durand xətti (Kabil tərəfindən tanınmayan dövlət sərhədi) yaxınlığındakı ərazilərdə ələ keçirilib. Bölgədə gərginliyin artdığı bildirilir.