AZ

Yanğın nəticəsində evsiz qaldılarVİDEO

Cəlilabadda ev yanıb, 4 uşaq atası ailəsi ilə birlikdə evsiz qalıb.

Xezerxeber.az xəbər verir ki, hadisə fevralın 21-də rayonun Buravar kəndində baş verib. fərdi yaşayış evi tamamilə yanaraq külə dönüb.

Hazırda Amil Abdullayev 4 uşağı ilə birlikdə qardaşının evində məskunlaşıb. Ailə başçısı deyir ki, yanğın zamanı heç bir əşyanı xilas etmək mümkün olmayıb, uşaqların dərs ləvazimatları belə yanaraq məhv olub.

Bəs ailəyə dəstək oluna bilərmi?

Məsələ ilə bağlı Şatırlı kənd inzibati ərazi nümayəndəliyindən bildirilib ki, fərdi yaşayış evlərinin tikintisi və ya təmiri üçün rayon icra hakimiyyətinin xərclər smetasında maliyyə vəsaiti nəzərdə tutulmayıb.

Qeyd olunub ki, vətəndaşlar sığortadan yararlana bilərlər. Bununla yanaşı, bildirilib ki, mövcud vəziyyət nəzərə alınaraq Amil Abdullayevə rayon icra hakimiyyəti tərəfindən daxili imkanlar hesabına müəyyən qədər maddi yardım göstərilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
11
1
xezerxeber.az

2Mənbələr