AZ

Klinton Epşteyn istintaqına görə Konqres üzvləri qarşısında ifadə verir

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Ceffri Epşteynin istintaqı çərçivəsində Nyu-Yorkda qapalı iclasda Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvləri qarşısında ifadə verməyə başlayıb.

Turkustan.az xəbər verir ki, Amerika mediası keçmiş ABŞ prezidenti Bill Klintonun həyat yoldaşı və keçmiş dövlət katibi Klintonun Nyu-Yorkdakı bir məkanda Konqres üzvləri qarşısında ifadə verməyə başladığını bildirib.

Qapalı iclasda Klinton Nümayəndələr Palatasının Nəzarət Komitəsi üzvlərinin Epşteynin sənədlərində ortaya çıxan özünə və əri Bill Klintona qarşı iddialarla bağlı suallarını cavablandırır.
Dinləmənin keçirildiyi Nyu-Yorkun Çappaqua şəhərindəki ifaçılıq sənəti mərkəzinin qarşısında jurnalistlərə qısaca danışan komitə sədri Respublikaçı Ceyms Komer dinləmənin Amerika xalqı üçün əhəmiyyətini vurğuladı.

Komer Hillari Klintonun bu gün, Bill Klintonun isə sabah ifadə verəcəyini və Konqres üzvlərinin suallarını cavablandıracaqlarını bildirdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
turkustan.az

1Mənbələr