AZ

ABŞ-da işsizlik müraciətlərinin sayında orta dərəcədə artım qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayında orta dərəcədə artım qeydə alınıb.

Banco.azxəbər verir ki, ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara əsasən, ölkədə həftəlik işsizlik müavinəti üçün müraciətlərin sayı 21 fevralda başa çatan həftədə 4 min artaraq 212 minə yüksəlib.

"Bloomberg" tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların gözləntisi bu göstəricinin 216 min olacağı yönündə idi. Əvvəlki həftə üzrə işsizlik müavinəti müraciətlərinin sayı isə 206 mindən 208 minə korrektə edilib.

İşsizlik müraciətləri üzrə dörd həftəlik orta göstərici 220 min 500 səviyyəsində qeydə alınıb.

Davam edən müraciətlərin sayı isə əvvəlki həftə 1,83 milyon səviyyəsinə qədər geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
29
1
banco.az

2Mənbələr