AZ

“Bəziləri azarkeşlərdən və “Yuventus”un oyun tərzindən çəkinmişdi” – Viktor Osimhen 

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Yuventus” oyunu sonrası maraqlı açıqlamalar verib.

İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı forvard oyundan sonra komandanın çıxışından məyus olduğunu bildirib:

“Komandanın performansından məyus oldum. Çox inkişaf etməliyik, çünki “Yuventus” qələbəyə layiq idi. Komandam adına sevincli olsam da, reallıq budur. Burada oynamağın çətin olduğunu bilirdim. Komanda yoldaşlarımı motivasiya etməyə çalışdım. Düşünürəm ki, bəziləri azarkeşlərdən və “Yuventus”un oyun tərzindən çəkinmişdi”.

Osimhen Turin klubunun böyüklüyünü də xüsusi vurğulayıb:

“Yuventus” dünyanın ən böyük klublarından biridir. Zəngin tarixə malikdir və bir çox əfsanəvi futbolçu burada çıxış edib. Mənə təklif göndərəndə, “Qalatasaray”a keçməzdən əvvəl ora qoşulmaq istəyirdim. Amma sonradan vəziyyət mürəkkəbləşdi. Hazırda “Qalatasaray”da çox xoşbəxtəm. Gələcəkdə nə olacağını isə heç vaxt bilməzsən. Fürsət yaranarsa, oynamaq istədiyim bir neçə klub var. Burada çıxış etmək hər futbolçu üçün böyük imtiyazdır və düşünürəm ki, oyunçuların 90 faizi karyerasının hansısa mərhələsində “Yuventus” formasını geyinmək istəyər”.

“Qalatasaray”ın Çempionlar Liqasındakı rəqibi sabah keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. İstanbul təmsilçisi “Tottenhem” və ya “Liverpul”la üz-üzə gələ bilər.
Osimhenə mümkün rəqib seçimi ilə bağlı sual da ünvanlanıb. Hücumçu xüsusilə “Liverpul”la bağlı fikirlərini bölüşüb:

“Düzünü desəm, “Liverpul”la qarşılaşmaq bir növ revanş olar. Amma açığı, onlardan qaçmaq istərdim. Kimlə düşsək, düşək – fərqi yoxdur. Əgər “Liverpul” gəlsə, onları məğlub etmək üçün mübarizə aparacağıq, amma bunun asan olmayacağını bilirik. Onlarla oynamışıq, lakin “Enfild”də çıxış etməmişik. Əgər yenidən qarşılaşsaq, möhtəşəm oyun olacaq. Biz buna hazırıq. Asan olmayacaq, amma komandada böyük mübarizə ruhu var”.

Seçilən
7
idmanxeber.az

1Mənbələr