AZ

Müğənni 100 minlik maşın sürür, alim sürünür Partiya sədri

ain.az, Gununsesi saytına istinadən bildirir.

Son günlər baş verən müxtəlif qalmaqallara görə televiziyalar, oradakı verilişlər gündəm mövzusuna çevrilib.

Daim aktual olan məsələ ilə bağlı ictimai-siyasi adamlar da öz mövqelərini bildirirlər.

Gununsesi.info  xəbər verir ki, son günlərin ümumi gündəminə nəzərən Real Partiyasının sədri Natiq Cəfərli də münasibət bildirib.

O, bu barədə deyib:

“Bilirsiniz, məsələn, təsəvvür edək ki, gəncəm, oturmuşam evdə və televiziyaya baxıram. Görürəm ki, bir müğənni, həm də səsi yoxdur. Amma 100 minlik maşın sürür. Villası, istirahəti, bir sözlə, hər şeyi öz yerində. Amma alimə baxıram ki, sürünür. Ona görə elm də cəlbedici olmalıdır. Gənclərin elmə, sənayeyə, ümumiyyətlə, başqa sahələrə marağını artırmaq üçün ciddi şəkildə təbliğat aparmaq lazımdır, uğur hekayələri lazımdır”.

Partiya sədri o cümlədən əlavə edib:

“Bizdə adətən uğur hekayəsi kimlərdə olur? Heç nə. Toya gedən müğənnidə. Bu da necə olmalıdır? Əlbəttə ki, televiziyaya vasitəsilə”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
icma.az

1Mənbələr