Cari il, 28 may tarixində Bakı şəhərində, Hilton Baku otelində “Azərbaycan: Qlobal Mərkəz və Gələcəyin Körpüsü” adlı tədbir keçiriləcək.
Newscenter.az AzTurk Holdinq-ə istinadən bildirir ki, tədbir saat 17:00-da başlayacaq və beynəlxalq media nümayəndələri, investorlar və strateji tərəfdaşları bir araya gətirəcək.
Tədbirin əsas məqsədi Azərbaycanın qlobal strateji, texnoloji və iqtisadi mərkəz kimi mövqelənməsini gücləndirməkdir. Tədbir çərçivəsində ölkənin regional və beynəlxalq əməkdaşlıq imkanları, yeni iqtisadi modelə keçid perspektivləri və innovasiya əsaslı inkişaf istiqamətləri geniş müzakirə ediləcək.
Tədbirin diqqət mərkəzində “NeoOrdo” strateji platformasının beynəlxalq təqdimatı olacaq. Bu platforma dövlət, özəl sektor və beynəlxalq kapital arasında strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaratmağı hədəfləyir. “NeoOrdo” modeli modul əsaslı sektor yanaşması, pilot layihə mexanizmi və texnologiya əsaslı inkişaf strategiyası üzərində qurulub.
Tədbirin əsas istiqamətləri:
Azərbaycanın geosiyasi və iqtisadi mövqeyinin gücləndirilməsi
Enerji, logistika, bankçılıq, texnologiya, ağıllı şəhər və rəqəmsal hökumət sahələrində prioritetlər
Süni intellekt və data əsaslı idarəetmə modelləri
Regional innovasiya və startap ekosisteminin inkişafı
Tədbir iki mərhələli strateji model üzərində qurulub:
1. Birinci mərhələ – qlobal görünürlük və yüksək səviyyəli əlaqələrin qurulması
2. İkinci mərhələ – “NeoOrdo” platforması vasitəsilə uzunmüddətli biznes və texnoloji əməkdaşlıq imkanlarının reallaşdırılması və qonaqlar üçün rəsmi ziyafət
Tədbir çərçivəsində ilkin əməkdaşlıq niyyətlərinin elan olunması və regional genişlənmə planlarının təqdim edilməsi nəzərdə tutulur.
Süleyman