AZ

Sumqayıtda bu yol təhlükə saçırVİDEO

Yol qazılıb, amma təmir işləri yekunlaşmayıb... Nəticədə ərazidə təhlükəli vəziyyət yaranıb...

Xezerxeber.az xəbər verir ki, görüntülər Sumqayıt şəhəri, Çerkassi küçəsindəndir.

"Xəzər Xəbər"ə müraciət edən sakinlər deyirlər ki, sözügedən ünvanda yola asvalt qatı tökülsə də, yayılmadığından yolun səthi nahamar vəziyyətdə qalıb. Daş və asfalt qalıqları yolun hərəkət hissəsinə səpələnib.

Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Çerkassi küçəsindən keçən diametri 600 mm olan kanalizasiya xəttində çökmə və qəza baş verib. Qəzanın aradan qaldırılması üçün ərazidə təmir işləri aparılıb və xətt artıq bərpa olunub. Son vaxtlar havanın qeyri-sabit keçməsi səbəbindən yolun asfalt örtüyünün tam şəkildə bərpası mümkün olmayıb.

Hava şəraiti sabitləşən kimi qısa müddətdə həmin ərazidə asfaltlanma işləri yekunlaşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
1
xezerxeber.az

2Mənbələr