AZ

Natiq Cəfərli: “Bu sahəyə diqqət yetirilməlidir, çünki müəyyən uğurlar itirilə və xarici bazarlar da əldən çıxa bilər”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Son dövrlərdə istixana sektorunda azalma və məhsul həcmlərində dəyişikliklər müşahidə olunur. İxrac imkanlarının məhdudlaşması fermerlərin gəlirlərinə ciddi təsir göstərir.İxrac çətinlikləri istixana sektoruna necə təsir göstərir?

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, istixana sahəsinin azalması ilə əlaqədar narahatlıq doğur.

Natiq Cəfərli

“Son zamanlar istixanaların sayının azalması əsasən təbii qazın qiymətinin artması ilə əlaqədardır. Kommersiya müəssisələri istixanaları əhaliyə nisbətən daha baha qiymətə satmalı olurlarvə bu sahə sərfəli olmur, baha çıxır. Pomidorun ixrac qiyməti 1 dollar 15 sentə düşüb və bu da vəziyyətə təsir göstərir. Mənim fikrimcə, bu sahəyə diqqət yetirilməlidir, çünki müəyyən uğurlar itirilə və xarici bazarlar da əldən çıxa bilər. Bunun qarşısını almaq üçün isə xüsusi təşviq proqramlarına ehtiyac var”-deyə Natiq Cəfərli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
bizimyol.info

1Mənbələr