AZ

Pomidor istehsalının azalması və digər məhsulların həcminin artması bazarlara çıxış imkanları ilə bağlıdır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci ildə Azərbaycanda istixanaların sayı azalıb: 2024-cü ildə 3 037 olan istixanaların sayı 2 995-ə, ümumi sahə isə 1.6 min hektardan 1.5 min hektara düşüb. İstixanalarda pomidor istehsalı 224.9 min tondan 156.8 min tona enib, xiyar və limon istehsalında da azalma qeydə alınıb. Statistika Banker.az tərəfindən yayımlanıb və cari ilin rəsmi göstəricilərinə əsaslanır. Bununla yanaşı, göbələk, çiyələk, badımcan və bibər istehsalında artım olub. 2025-ci ildə təzə pomidor ixracı 18.7% artaraq 172.86 min tona çatıb, əsas bazar isə Rusiya olub.Pomidor istehsalının azalmasını və digər məhsulların artımını hansı iqtisadi amillərlə izah edirsiniz?

“İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, pomidor istehsalının azalması bazarlara çıxış imkanları ilə bağlıdır.

Ruslan Atakişiyev

“Bəzi hallarda pomidor istehsalının azalması və digər məhsulların həcminin artması bazarlara çıxış imkanları ilə bağlıdır. Məlumdur ki, ölkədə istixanalarda yetişdirilən pomidorun böyük hissəsi əsasən məhz, Rusiya bazarına ixrac olunur. Son dövrlər Rusiyanın özündə istixanalarda pomidorun və digər tərəvəzlərin yetişdirilməsinin genişlənməsi, eləcə də sanksiyalarla bağlı yaranan çətinliklər ixrac imkanlarına təsir göstərir.

Həmçinin, çiyələk kimi məhsullar üçün yeni bazarlar formalaşır. Məsələn; çiyələyin Körfəz ölkələrinə ixracı vaxtaşırı həyata keçirilir. Fermer təsərrüfatları da mövsümə və bazar tələbinə uyğun olaraq hansı məhsulun daha sərfəli və satılan olduğunu nəzərə alır, növbəti əkin dövründə həmin məhsulun həcmini artırmağa çalışırlar. Nəticədə statistik göstəricilərdə müəyyən artım və azalmalar müşahidə olunur”-deyə Ruslan Atakişiyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
bizimyol.info

1Mənbələr