AZ

2025-ci ildə rekord sayda amerikalı ölkəni tərk edib

2025-ci ildə Amerika Birləşmiş Ştatlarını tərk edənlərin sayı ölkəyə gələnlərin sayını üstələyib. Bu hal Böyük Depressiya dövründən bəri ilk dəfə qeydə alınıb.

Editor.az The Wall Street Journal nəşrinə istinadən xəbər verir ki, 2025-ci ildə ABŞ-dan ayrılanların sayı ölkəyə köçənlərin sayından çox olub. Bu göstərici son dəfə 1930-cu illərdə, Böyük Depressiya zamanı müşahidə edilmişdi.

Məlumatda bildirilir ki, ötən il ABŞ-ni tərk edənlərin sayı gələnləri üstələyib və amerikalılar rekord həddə xarici ölkələrə köç ediblər. Onlar ailələri ilə birlikdə daha təhlükəsiz və əlçatan hesab etdikləri ölkələrdə məskunlaşmağa üstünlük verirlər. Kütləvi miqrasiyanın əsas səbəbləri arasında mürəkkəb daxili siyasi vəziyyət, məsafədən işləmək imkanlarının genişlənməsi, eləcə də daha sərfəli həyat tərzi axtarışı yer alır.

Məqalədə qeyd olunur: “Bəzi amerikalılar üçün yeni Amerika arzusu artıq bu ölkədə yaşamamaq deməkdir.” Bu ifadə xaricə köçün arxasında dayanan əsas motivasiyanı ümumiləşdirir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr