AZ

Taliban Pakistana hücum etdi: 15 post nəzarətə götürülüb, xeyli hərbçi öldürülüb

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Biz Pakistanın son hücumlarına cavab olaraq, iki ölkə arasında sərhəd hesab edilən Durand xətti boyunca Pakistan hərbi obyektlərinə genişmiqyaslı əməliyyat həyata keçiririk".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid açıqlama verib.

O bildirib ki, bu, Pakistanın hava hücumlarına qarşı qisas əməliyyatıdır: "Biz qonşu ölkənin hücumuna adekvat cavab veririk"

Mücahid iddia edib ki, sürətlə əməliyyatla Pakistan ordusuna məxsus 15 hərbi məntəqəni nəzarətə götürüblər: "Əməliyyatlar zamanı çoxlu sayda Pakistan əsgəri öldürülüb, bəziləri əsir götürülüb".

Tahir Şəlvəli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
mia.az

1Mənbələr