AZ

Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa hazırlaşır

style='margin-bottom:10px;'>

Mixail Antonio keçirdiyi ağır avtomobil qəzasından sonra futbola qayıtmaq üçün Qətərin "Əl-Sayliya" klubu ilə qısamüddətli müqavilə imzalamağa hazırlaşır.

QOL.az xəbər verir ki, son vaxtlar "Çarlton Atletik"lə məşq edən "Vest Hem"in sabiq hücumçusunun Qətər Ulduzlar Liqası klubu "Əl-Sayliya"ya keçməsi gözlənilir.

Məlumata görə, 35 yaşlı forvardın Yaxın Şərqə transferi ilə bağlı danışıqlar son mərhələdədir və yaxın günlərdə rəsmi təsdiqin veriləcəyi gözlənilir.

Qeyd edək ki, Antonio 2024-cü ilin dekabrında ayağının bir neçə yerdən sınması ilə nəticələnən qəzadan bəri İngiltərədə heç bir rəsmi oyuna çıxmayıb. O, ötən ilin iyununda Konkakaf Qızıl Kuboku çərçivəsində Yamayka millisinin heyətində çıxış etsə də, cari mövsüm başlamazdan əvvəl "Vest Hem" tərəfindən sərbəst buraxılıb.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr