AZ

Əfqanıstan Pakistana qarşı cavab əməliyyatına başladı » AzadMedia.az


Əfqanıstan Pakistana qarşı əməliyyatın başladığını elan edib. Bu barədə "Xalid ibn Vəlid" adlı 201-ci ordu korpusunun nümayəndəsi məlumat verib.
"Əfqanıstan hökumət qüvvələrinin Əfqanıstanın şərq vilayətlərindəki Pakistan qüvvələrinə qarşı cavab hücumları başlayıb. Hazırkı vaxta qədər düşmənin üç postu ələ keçirilib" – deyə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
O dəqiqləşdirib ki, bu, Pakistan HHQ-nin ötən həftəsonu həyata keçirdiyi bombardmanlara Əfqanıstanın cavabıdır. Nazirlik rəsmisi həmçinin vurğulayıb ki, başlayan əməliyyat Xost, Paktia, Nuristan vilayətlərini və digər rayonları əhatə edir.
Xatırladaq ki, ötən həftəsonu Pakistan Əfqanıstanın Nanqarhar və Paktika vilayətlərindəki rayonlara hava zərbələri endirmişdi. Həmin hücum zamanı onlarla dinc sakin həlak olmuş və yaralanmışdı.
Seçilən
13
1
azadmedia.az

2Mənbələr