AZ

​İran müharibəyə hazırlaşır:

Son peyk görüntüləri İranın mümkün hərbi münaqişə ərəfəsində neft ehtiyatlarını sürətlə ölkədən çıxardığını göstərir. Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, 15-20 fevral tarixlərində Xarg adası ətrafından həyata keçirilən ixrac əvvəlki ayla müqayisədə təxminən üç dəfə artaraq 20 milyon barelə çatıb. Məlumata görə, çoxsaylı neft tankerləri anbarlardakı ehtiyat nefti qısa müddətdə yükləyərək ərazidən uzaqlaşıb. Həmin vaxt adanın yaxınlığında olan tanker sayı səkkizdən on səkkizə yüksəlib. Mütəxəssislər hesab edir ki, Tehran mümkün zərbələrdən əvvəl strateji ehtiyatlarını daha təhlükəsiz istiqamətlərə yönəltməyə çalışır. Bildirilir ki, hərbi toqquşma baş verəcəyi təqdirdə tankerlər daha geniş coğrafi ərazilərə üz tuta bilər.

Analitiklərin fikrincə, bu proses qlobal enerji bazarında qiymət dalğalanmasına səbəb ola bilər. İranın atdığı bu addım neftin ölkə üçün təkcə iqtisadi deyil, həm də strateji təhlükəsizlik aləti olduğunu göstərir.

Seçilən
30
metbuat.az

1Mənbələr