AZ

Su xətti partladı, aidiyyəti qurumlar məsələyə baxmır VİDEO

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi Nəsibə Zeynalova küçəsində içməli su xəttində yaranan nasazlıq sakinlərin narazılığına səbəb olub.

Globalinfo.az xəbər verir ki, ərazidə yaşayan sakinlərin sözlərinə görə, içməli su boruları bir neçə yerdən partlayıb və su küçəyə axır. Nəticədə həm hərəkət çətinləşib, həm də su israfı baş verir.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem köklü şəkildə həll olunmayıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Sabunçu Rayon Su Kanal İdarəsinə məlumat verilib. Qəza briqadası tərəfindən əraziyə baxış keçiriləcək, borunun istismar vəziyyəti araşdırılacaq və zəruri tədbirlər görüləcək.

Daha ətraflı süjetdə:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr