Cəlilabad rayon sakini avtomobil qəzasında dünyasını dəyişib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə paytaxt ərazisində baş verib.
Məlumata görə, Cavid Qəniyev yolu keçərkən avtomobilin vurması nəticəsində ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.