Türkiyədə uzaqdan idarəolunan oyuncaq avtomobillərin idxalına nəzarət rüsumu 8 min dollardan 15 min dollara artırılır. Bu halda Türkiyədə həmin məhsulların qiyməti də bahalaşacaq. Bəs tətbiq olunan rüsumun artırılması Azərbaycan bazarına dolayı təsir göstərə bilər?İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda idxal rüsumları, demək olar, bütün məhsullara, o cümlədən oyuncaqlara 15% təşkil edir: “Bu baxımdan oyuncaq qiymətlərində hansısa dəyişiklik olacağını düşünmürəm. Türkiyə isə bu addımı yerli istehsalı dəstəkləmək üçün atır, çünki orada xeyli oyuncaq istehsalçısı fəaliyyət göstərir. Bizdə isə demək olar ki, belə istehsalçılar yoxdur, buna görə də bu qərarın bizə birbaşa aidiyyəti də yoxdur”. Sevinc İbrahimzadə / Metbuat.az