AZ

Elm adamları ilə bağlı yayılan məlum şəkillər haqqında...

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bilməyənlər üçün qısa qeyd edim: PhD etdiyim “Syracuse University” ABŞ-da R1 kateqoriyalı (yüksək tədqiqat fəaliyyəti olan) universitetdir. Bizim fakültədə hər həftənin 4-cü günü saat 16:00-da seminar/kollokvium olurdu. Öz fakültəmizdən və ya kənardan bir tədqiqatçı sahənin son yenilikləri haqqında danışırdı.

Buna görə də fakültə saat 15:30-dan etibarən, təqdimat boyunca auditoriyada amerikano kimi tanıdığımız qara qəhvəni bol edərdi ki, iştirakçıları yuxu aparmasın. Ancaq yenə də auditoriyanın böyük hissəsi, gənc-yaşlı fərqi olmadan, mürgüləyirdi.

Bu hal akademik toplantılarda olduqca yayğın və tamamilə normaldır. Deyərdim, müzakirə olunan mövzunun qəlizliyi ilə düz mütənasibdir. Hətta məşhur Nobel mükafatı laureatı, kvant mexanikasının qurucularından biri olan Pol Dirakın seminarlarda tez-tez yuxuya getməsi ilə bağlı lətifələr var.

Ona görə də elm adamlarımızın şəkillərini paylaşaraq onları akademik mühitlə tanış olmayan insanların hədəfinə çevirməyi düzgün hesab etmirəm.

Gülməmməd Məmmədov, professor

(Fikirlər müəllifin feysbuk səhifəsindən götürülüb)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
525.az

1Mənbələr